Xəzər Xəbər

Əli Əsədov: "İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb"

Gündəm | 11:53 • 5 Dekabr 2023
Əli Əsədov: "İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb"

"Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin layiqli davamçısı kimi müasir inkişaflı Azərbaycan modelini yaradıb".

Bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 il ərzində bütün sahələrdə sürətli inkişafa nail olunması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, müasir ordumuzun yaradılması ölkəmizin beynəlxalaq arenada möqvelərinin möhkəmlənməsi deməkdir.

“Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması ilə nəticələnən Vətən müharibəsidir. Eyni zamanda, sentyabrın 19-da mükəmməl şəkildə həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Qarabağda suverenliyimiz tam təmin edilib, separatizmin kökü tamamilə kəsilib”.

 

Xəbər lenti

Çox oxunanlar