Xəzər Xəbər

Prokurorluq ölən hərbçilərlə bağlı MƏLUMAT YAYDI

Gündəm | 11:40 • 4 Dekabr 2023
Prokurorluq ölən hərbçilərlə bağlı MƏLUMAT YAYDI

Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə xezerxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə rayonun “PMK-23” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Ağaməmmədov Urufət Oruc oğlu və Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu dəm qazından boğularaq ölüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onların yaşadıqları mənzilə baxış keçirilib. Meyitlər daxili və xarici müayinədən sonra aidiyəati üzrə təhvil verilib.

Məlumata görə, rayon ərazisindəki “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edən U.Ağaməmmədov və D.Ələkbərzadə sözügedən yaşayış massivində kirayədə qalırmışlar.

 

Xəbər lenti