Xəzər Xəbər

Mingəçevirdə qızılcaya YOLUXMA vəziyyətləri orta ağırdır

Gündəm | 15:52 • 2 Dekabr 2023
Mingəçevirdə qızılcaya YOLUXMA

Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan 4 nəfərin müalicəsi davam etdirilir.

Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır.

Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:

Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. (trend)

Xəbər lenti

Çox oxunanlar