Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Tərəflər regionda təhlükəsizlik məsələlərini və Ermənistanla Azərbaycan arasında sülh məsələsini müzakirə ediblər.k
Eyni zamanda, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.