Xəzər Xəbər

Qaraheybət faciəsindən 2 il ötür

Gündəm | 09:38 • 30 Noyabr 2023
Qaraheybət faciəsindən 2 il ötür

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğramasından 2 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, hadisə 2021-ci il noyabrın 30-u, saat 10:40 radələrində təlim uçuşları yerinə yetirilərkən baş verib.

Qəza nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 hərbçi isə ağır yaralanıb.
 

Hadisə zamanı şəhid olan sərhədçilərin adları:
 

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;  

3. mayor Həsənov Elmir Mircəlil oğlu; 

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 

5. mayor Mayılov Emil Şahid oğlu; 

6. mayor Məmmədov Murad Yaşar oğlu; 

7. mayor Əliyev Emil Elman oğlu; 

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 

9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 

10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu; 

11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu; 

12. leytenant  Süleymanov Abdulla Telman oğlu; 

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Qeyd edək ki, qəzada polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanmışdı.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi açılıb.

Rəsmi məlumata görə, istintiaq müəyyən edib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Xəbər lenti

Çox oxunanlar