Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Türkiyədə Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Aİ diplomatı "X" hesabında paylaşım edib.
Noyabrın 28-də Ankarada səfərdə olduğunu bildirən Toivo Klaar artıq Brüsselə qayıtdığını qeyd edib.
"Cənubi Qafqaz regionu ilə bağlı Aİ və Türkiyə arasında ortaq maraq doğuran məsələlər, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə edildi", - Klaar bildirib.