Xəzər Xəbər

SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının Azərbaycana səfəri BAŞA ÇATDI

Gündəm | 19:34 • 24 Noyabr 2023
SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının Azərbaycana səfəri

Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin də Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Noyabrın 24-də eyni zamanda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Daha sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun da yola salınma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sadır Japarovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Çox oxunanlar