Azərbaycan ilə Ruanda arasında diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad ediləcək.
Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş’’in təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.