Ermənistan ordusunun işğal zamanı Azərbaycan ərazilərində yaratdığı müdafiə - süni istehkam qurğuları aşkarlanaraq məhv edilir. Ermənistan ordusunun hava hücumundan müdafiə məqsədi ilə bir-birinə “tikdiyi” “tros”lar, daha doğrusu dəmir torlar aşkarlanaraq sökülüb.
44 günlük vətən müharibəsindən sonra, belə müdafiə xətlərinə ilk dəfə Hadrut istiqamətində rast gəlinib.
Sonra isə Ağdam rayonunun işğaldan azad edilən Qızıllı Kəngərli kəndi ərazisində görünüb. Növbəti hava hücumunun qarşısını almaq üçün istifadə edilən bu “metod” Şuşa və Laçın dağlarında aşkarlanıb. Məqsəd geniş miqyaslı hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun aşağı məsafədən aviasiya uçuşunun qarşısını almaq üçün nəzərdə tutulub.
Ermənistan ordusunun dağdan-dağa çəkdiyi ümumi uzunluğu 1000 metrdən artıq olan qalın troslar - təxminən 40 metrdən bir həmin trosa bərkidilərək aşağı sallanan troslar - ciddi və hiyləgər maneə hesab edilir. (trend)