Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ Azərbaycana qarşı qərəzli mövqeyi səbəbindən ABŞ-ın fəxri vətəndaşlığından imtina edib.
Xezerxeber.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında ABŞ Senatının ermənilərin müdafiə aktını pisləyib və bunu ikili standartaların nümunəsi adlandırıb.
"90-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Bu gün onların hər ikisindən imtina edirəm", - deyə deputat əlavə edib.