Xəzər Xəbər

Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını DƏSTƏKLƏYİR Hikmət Hacıyev

Gündəm | 10:57 • 21 Noyabr 2023
Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını DƏSTƏKLƏYİR

“Həm Azərbaycan, həm də Türkiyə ilə sərhəd qapılarının bağlı qalmasının günahı Ermənistanın özündədir”.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın işğalçılıq, təcavüzkarlıq siyasəti nəticəsində regionda belə bir vəziyyət yaranıb.

“Qardaş Türkiyənin qənaəti həmişə ondan ibarət olub ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son verdiyi, həm Türkiyə, həm də Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyi təqdirdə və nəhayət, regionda pozitiv gündəmlə çıxış etdiyi halda Ermənistanla münasibətlərin normallaşması mümkün ola bilər. Azərbaycan və Türkiyə sinxron şəkildə hər zaman münasibətlərin normallaşdırılmasını dəstəkləyiblər və Ermənistana daim pozitiv mesajlar göndəriblər. Amma təbii ki, yenə də Ermənistan regionun potensialını özü qiymətləndirib, region problemlərinin daxildə həll edilməsi yanaşmasından çıxış etməlidir”, - Hikmət Hacıyev qeyd edib.

Xəbər lenti

Çox oxunanlar