Xəzər Xəbər

İran Ali Milli Təhlükəsizlik Şurası: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Gündəm | 11:05 • 5 Oktyabr 2023
İran Ali Milli Təhlükəsizlik Şurası: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

“İran Qarabağ iqtisadi rayonunun Azərbaycan ərazisinin bir hissəsi kimi tanınması mövqeyinə sadiqdir”.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian hazırda Tehranda səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə köməkçisi Xələf Xələfovla görüşündə bildirib.

Regiondakı vəziyyətə gəlincə, Əhmədian sülh, sabitlik və davamlı təhlükəsizliyin bərqərar olması üçün ölkələr arasında birgə səylərin və dialoqun vacibliyini qeyd edib. Bildirib ki, İran üçüncü tərəflərin regionun işlərinə qarışmasının əleyhinədir.

O, İran və Azərbaycan liderlərinin bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəyinə diqqət çəkərək, Tehranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar