Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir vəsilə olacaq.
Xezerxeber.az xəbər verir ki, bu sözləri oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.
“ICESCO Azərbaycanda öz regional nümayəndəliyini açmağı planlaşdırır. Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı ICESCO Qafqaz Müsəlmanları İdarəsi ilə strateji əməkdaşlıqda maraqlıdır”, - deyə Baş direktor qeyd edib.