Xəzər Xəbər

Elçin Əmirbəyov: Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda sülhə gedən əsas maneəni aradan qaldırıb

Gündəm | 21:55 • 4 Oktyabr 2023
Elçin Əmirbəyov: Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda sülhə gedən əsas maneəni aradan qaldırıb

Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri, eləcə də kommunikasiyaların bərpasını müzakirə etməliyik. “Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o qeyd edib.

E.Əmirbəyov bildirib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar