Xəzər Xəbər

Mən bu sazişi imzalamağa razıyam - Paşinyan Qranada görüşündən danışdı

Gündəm | 17:44 • 4 Oktyabr 2023
Mən bu sazişi imzalamağa razıyam - Paşinyan Qranada görüşündən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək sammitində iştirak edəcək.

Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə baş nazir parlamentdə "hökumət saatı"nda bildirib.

O, Qranada görüşü öncəsi İrəvanın nikbin olduğunu, dönüş sənədinin imzalanması üçün fürsət olduğunu düşündüyünü qeyd edib.

 

Paşinyan hər şeyə rəğmən, özünün, XİN rəhbərinin və Təhlükəsizlik Şurası katibinin İspaniyaya gedəcəyini deyib. Paşinyan ümid edir ki, Ermənistanın əsas məsələlərdə mövqeyini daha ətraflı təqdim etmək imkanı olacaq. Eyni zamanda, Paşinyan sənədin Azərbaycanın maraqlarına zidd olması və Ermənistanın maraqlarına tamamilə uyğunluğu barədə yanlış təsəvvür yaratmaq istəmədiyini əlavə edib.

“Ermənistan ümid edir ki, konseptual sənəd əlverişli anda imzalanacaq. Mən onu imzalamağa hazıram”, - o qeyd edib.

O vurğulayıb ki, sənəd regionda sülh və sabitlik məntiqinə uyğundur.

Xəbər lenti