Xəzər Xəbər

Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib

Gündəm | 17:00 • 4 Oktyabr 2023
Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib.

Bu barədə baş nazir parlamentdə "hökumət saatı"nda bildirib.

O, opponentlərini müstəqil siyasət apara bilməməkdə ittiham edib.

“Planınız baş tutmadı”, - deyə Nikol Paşinyan müxalifət fraksiyasının nümayəndələrinə xitabən deyib.

Onun qənaətincə, müxalifət Qarabağı riskə atıb.

“Planınız və istəkləriniz baş tutmadı - siz Ermənistanı müharibəyə cəlb etmək istəyirdiniz, nəticədə məcburi köçkün olan soydaşlarımız Ermənistanda sığınacaq tapa bilməyəcək, nəticədə Daşnaksütyunun getdikcə azalan sıralarını gücləndirmək üçün Bostona, Los-Ancelesə köçəcək" - deyə baş nazir bəyan edib. (Report)

Xəbər lenti

Çox oxunanlar