Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına doğru irəliləmək üçün Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində mühüm potensial görür.
Xezerxeber.az xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsi nəzərdən keçirilir. Biz bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Əlbəttə ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə olunmasına hazır olmasından asılıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.