Xəzər Xəbər

Qarabağda antiterror tədbirlərdən əvvəl İstanbulda MÜHÜM GÖRÜŞ OLUB AÇIQLAMA

Gündəm | 14:37 • 4 Oktyabr 2023
Qarabağda antiterror tədbirlərdən əvvəl İstanbulda MÜHÜM GÖRÜŞ OLUB

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qarabağdakı antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Xİ-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, “Politico” nəşrinin “Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib” məlumatını şərh edərək bunun gizli olmadığını diqqətə çatdırıb. O qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.

Qeyd edək ki, “Politico”nun məlumatına görə, sentyabrın 17-də, Qarabağdakı lokal antiterror tədbirlərindən iki gün əvvəl İstanbulda yüksək vəzifəli məmurların, yəni Lui Bono, Toivo Klaar və İqor Xovayevin görüşü baş tutub.

Nəşr iddiasına görə, tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.

Kremlin sözçüsü Dmitri Peskov da “Politico” nəşrinin məlum yazısına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ, Aİ və Rusiyanın Qarabağla bağlı görüşü ilə bağlı nəşrdə çoxlu qeyri-dəqiqlik və səhvlər var.

“Təmaslar olub, amma yazılan kimi deyil”, - Kreml rəsmisi əlavə edib.

Xəbər lenti

Çox oxunanlar