Xəzər Xəbər

Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Gündəm | 22:55 • 2 Oktyabr 2023
Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Rusiya Qarabağda vəziyyətin sabitləşdirilməsi və ermənilərin və azərbaycanlıların normal birgə həyatının bərpası üçün şəraitin yaradılması məqsədilə Azərbaycanla işləyir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun XX illik iclası çərçivəsində jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, rusiyalı sülhməramlılar indiki vəziyyətdə əlindən gələni edirlər. “Biz Qarabağdan Rusiyaya getmək istəyən insanları saxlaya bilmərik. Biz etimadın möhkəmləndirilməsi, ermənilərin və azərbaycanlıların normal birgə həyatının bərpası istiqamətində şəraitin yaradılması məqsədilə Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımız və qonşularımız ilə işləyirik. Ümid edirik ki, İrəvan da bunda maraqlıdır və bu istiqamətdə səylər göstərəcək”, - deyə Sergey Lavrov vurğulayıb.

XİN başçısının sözlərinə görə, Ermənistanın bəzi rəhbərləri bildirirlər ki, Rusiya və KTMT-dən məyus olublar və indi “öz təhlükəsizliyini gücləndirmək üçün kənarda həmkarlar axtaracaqlar”.

“Bu, erməni rəhbərliyinin suveren seçimidir. Mən yenə də ümid edirəm ki, Rusiya xalqları, rus xalqı və Rusiyanın digər xalqları ilə erməni xalqı arasında əsrlər boyu mövcud olan əlaqələr heç bir müvəqqəti administrasiya tərəfindən pozula bilməz”, - deyə o qeyd edib.

Xəbər lenti

Çox oxunanlar