Xəzər Xəbər

Sahibə Qafarova fransalı spikerə: Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir

Gündəm | 08:38 • 29 Sentyabr 2023
Sahibə Qafarova fransalı spikerə: Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir

Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edərkən səsləndirib.

Spiker Sahibə Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasında normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir çox bəyanatlar, qətnamələr qəbul etdiyini xatırladaraq deyib ki, bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olub, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb. Əvəzində, bütün bu addımlar ərazilərimizdə separatizmi dəstəkləyib və Ermənistanda revanşist qüvvələri cəsarətləndirib.

O, həmçinin Yael Braun-Pivetin 2023-cü ildə Ermənistana səfər etdiyini xatırladaraq bildirib ki, əgər fransalı spiker Ermənistandan sonra Azərbaycana da səfər etsəydi, Azərbaycanın mövqeyi ilə də tanış olmaq üçün yaxşı fürsət ola bilərdi. Diqqətə çatdırıb ki, biz Fransanın 30 ildir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşmiş, Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar