Sentyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Koxira Rasulzodanın dəvəti ilə “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, səfər çərçivəsində Əli Əsədovun bir sıra ikitərəfli görüşləri planlaşdırılır.