Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a bildirilib ki, oktyabrın 2-də keçiriləcək iclasın gündəliyinə 18 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır:
1. Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;
2. “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi;
3. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi;
4. “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi;
5. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi;
6. “Ümumdünya Poçt Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi;
7. “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi;
8. “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında qanun layihəsi;
9. “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə qanun layihəsi;
10. “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulmaq barədə qanun layihəsi;
11. “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi;
12. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş);
13. “Energetika haqqında” qanun layihəsi (birinci oxunuş);
14. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
15. Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəllədə, “Notariat haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
16. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
17. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
18. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).