Xəzər Xəbər

Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub

Gündəm | 12:44 • 25 Sentyabr 2023
Azərbaycan Ordusuna məxsus avtomobil minaya düşüb, iki nəfər şəhid olub

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber/az-a bildiriblər ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

Xəbər lenti

Çox oxunanlar