Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli sentyabrın 25-də Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib.
“Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğunlaşdırmaq baxımından hesab edirəm ki, bu Qanuna yenidən baxılmalı, Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”, - deyə Qərbi Azərbaycan İcmasının sədri bildirib.