Xəzər Xəbər

Türkiyə Prezidenti Naxçıvana səfər edəcək

Gündəm | 11:29 • 24 Sentyabr 2023
Türkiyə Prezidenti Naxçıvana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasına səfər edəcək

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. 

Görüşdə Qarabağdakı lokal antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək.

Məlumata görə, Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.

Xəbər lenti

Çox oxunanlar