Xəzər Xəbər

Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı Ceyhun Bayramov

Gündəm | 20:33 • 23 Sentyabr 2023
Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı

Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı.

Xezerxeber.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.

“Azərbaycanın antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə çatdı. Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərksilah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı.

"Bunun sülh yolu ilə baş verməməsinin səbəbi Ermənistanın etinasızlığı və iştirak edən vasitəçilərin adekvat addımlar atmaması idi” – diplomat vurğulayıb.

Xəbər lenti