Xəzər Xəbər

Qarabağın tam dekriminallaşması işi davam edir DİN

Gündəm | 20:00 • 23 Sentyabr 2023
Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan antiterror tədbirləri çərçivəsində uğurlar və hazırki mərhələdə həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, bu rayonda bütövlükdə vəziyyətin tam nəzarət altında saxlanılması, eləcə də bölgənin tam dekriminallaşması işi davam edir.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenant Elşad Hacıyev deyib.

Qeyd olunub ki, ərazidəki mövcud kriminogen vəziyyətin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunlarının burada tam işlək vəziyyətə gətirilməsi üçün aidiyyəti dövlət qurumları ilə, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları və DİN-in əməkdaşları ilə birgə Şuşada kompleks tədbirlər davam etdirilir.

“Əsas diqqət ona yönəlib ki, ərazidə ictimai qayda-qanun və təhlükəsizlik tam təmin edilsin. Ərazidə erməni silahlı qüvvələrindən qalmış qalıqlar, yaxud silah-sursat aşkarlanarsa, onların təhvil verilməsi, eləcə də mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi qarşıya qoyulan vacib tələblərdən biridir”, - deyə o vurğulayıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024