Xezerxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı suala dövlət katibi Antoni Blinken deyib.
“Söhbət suverenlik, ərazi bütövlüyü, müstəqillikdən gedirsə, biz bu təklifləri maraqlandıran hər kəs üçün dəstəkləyirik”, - o deyib.
Blinken vurğulayıb ki, ABŞ son 24 saat ərzində Bakı və Qarabağdakı etnik ermənilərin nümayəndələri ilə müzakirələr də daxil olmaqla, bütün maraqlı tərəflərlə sıx əlaqə saxlayır.