Xəzər Xəbər

Hakan Fidan və Antoni Blinken Qarabağdakı son vəziyyəti müzakirə ediblər

Gündəm | 23:56 • 22 Sentyabr 2023
Hakan Fidan və Antoni Blinken Qarabağdakı son vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində Nyu Yorkda ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə görüşündə Qarabağdakı son vəziyyət müzakirə olunub.

Xezerxeber.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, təxminən 45 dəqiqə davam edən görüş qapalı keçirilib.

Məlumat verilib ki, görüş zamanı iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün gələcəkdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Qara dəniz Taxıl Təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son vəziyyət də müzakirə olunub.

Xəbər lenti