Xəzər Xəbər

Türkiyə səfiri ermənilərin təxribatı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edib FOTO

Gündəm | 14:56 • 22 Sentyabr 2023
Türkiyə səfiri ermənilərin təxribatı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

Xezerxeber.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı”, - diplomat paylaşımda qeyd edib.

 

Xəbər lenti

Çox oxunanlar