Xəzər Xəbər

Humanitar karvan Xankəndiyə çatdıqdan sonra əhaliyə paylanacaq RƏSMİ AÇIQLAMA

Gündəm | 10:10 • 22 Sentyabr 2023
Humanitar karvan Xankəndiyə çatdıqdan sonra əhaliyə paylanacaq

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xəttil ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir.

Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib.

"Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcə də, iki çörək dolu maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".

Mərkəz rəisi qeyd edib ki, Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstək veriləcək.

"Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq", - deyə M.Feyziyev qeyd edib. (trend)

Xəbər lenti