Xəzər Xəbər

Qarabağın kimə məxsus olduğu həll edilib RƏSMİ MOSKVA

Gündəm | 18:00 • 21 Sentyabr 2023
Qarabağın kimə məxsus olduğu həll edilib

Qarabağın kimə məxsus olduğu həll edilib.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, əsas məsələ həll edilib, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb.

“İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün. Amma nəzərə alsaq ki, Qarabağın kimə məxsus olması ilə bağlı əsas məsələ həll edilib. Bu, Ermənistanın Qarabağın Azərbaycana məxsus olmasını tanıması qərarı ilə həll olunub və nizamlanıb, o zaman demək olar ki, mühüm irəliləyiş təmin edilib”, - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Peskov onu da qeyd edib ki, bu müqavilə (sülh müqaviləsi-red.) üzərində işin yekunlaşması üçün çoxlu texniki məsələlər qalıb: “Lakin bunun üçün bütün ilkin şərtlər mövcuddur və xoşməramlı iradə olsa, finişə çatmaq mümkün olacaq. Biz düşünürük ki, istənilən halda bu, Azərbaycan və Ermənistan xalqlarının, Qarabağda yaşayan və yaşayacaq ermənilərin maraqlarına uyğun olacaq”.

Rusiya liderinin mətbuat katibi bu gün Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin baş tutan görüşündən də danışıb: “Qarabağ ermənilərinin qanuni maraqları və təhlükəsizliyi təmin olunmalıdır. Bu cür anlayış Azərbaycan tərəfində var. Görürsünüz ki, Azərbaycan tərəfi özü bu görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi və bu görüşü təşkil edib. Ona görə də indi ümid var ki, bu danışıqlar nəticə verəcək”. (apa)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024