Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Ermənistan - Azərbaycan sərhədində patrul xidmətini gücləndirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Monitorinq Missiyasının "X" hesabında bildirilib.
"AAvropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası hərbi və təhlükəsizlik sahəsində baş verən hadisələr barədə məlumat vermək üçün Ermənistan - Azərbaycan sərhəd xəttində, həmçinin Zod kəndi yaxınlığında patrul xidmətini gücləndirib. Biz mandatımıza sadiqliyimizi və vəziyyətin sabitləşməsinə töhfəmizi bir daha bəyan edirik", - paylaşımda qeyd olunub.