Sentyabrın 20-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin avtomobili Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub.
APA-nın Moskva müxbiri Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, içərisində rusiyalı hərbçilərinin olduğu avtomobilin oldu silahlardan atəşə tutulması nəticəsində rusiyalı hərbçilər həlak olub.
MN-in məlumatında o da qeyd olunub ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün hallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.