Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Diplomat qeyd edib: “Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq. Yaranmış vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh dialoqu yolu ilə tezliklə həll olunmasına ümid edirik. Əminik ki, Cənubi Qafqazda sülh atmosferin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrin maraqlarına cavab verir”.