Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik yayılan bu məlumatı qəti surətdə təkzib edib. (apa)