ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
Bu barədə ATƏT sədri "X" hesabında bildirib.
"Bu gün mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində görüşəcək və diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışımı təzələyəcəyəm", - nazir qeyd edib. (APA)