Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", MN-in məlumatında deyilir.