Rusiya Federasiyası Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş içərisindədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Mariya Zaxarova tərəfləri diplomatik nizamlanmaya çağırıb.
O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti Qarabağdakı vəziyyəti nəzərə alaraq üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir: “Rusiya o mövqedən çıxış edir ki, Qarabağdakı Rusiya sülhməramlılarının təhlükəsizliyi bütün tərəflər tərəfindən təmin olunacaq”. (APA)