Xəzər Xəbər

Ermənistan öz “qırmızı xətlərini” dəfələrlə bəyan edib baş nazirin müavini

Gündəm | 17:00 • 9 İyun 2023
Ermənistan öz “qırmızı xətlərini” dəfələrlə bəyan edib

Üçtərəfli işçi qrupun yeni görüşü ilə bağlı razılaşma yoxdur, lakin onun yaxın vaxtlarda baş tutması mümkündür. Hələlik müzakirələr mərhələsi gedir və bu məsələnin təfərrüatlarını açıqlamaq düzgün olmazdı”.

Xezerxeber.az xəbər verir ki, bunu baş nazirin müavini Mher Qriqoryan “sputnik armenia”ya Moskva görüşünü şərh edərkən bildirib. 

Kommunikasiyaların açılması ilə bağlı razılaşmanın harada - Rusiya Federasiyasında və ya Qərbdə əldə olunmasının vacib olub-olmaması sualına cavabında isə Qriqoryan qeyd edib ki, yalnız razılaşmanın məzmunu önəmlidir:

"Mümkün risklərə gəlincə, Ermənistan öz “qırmızı xətlərini” dəfələrlə bəyan edib".

Qriqoryan jurnalistlərlə söhbətində 2020-ci il 9 noyabr tarixli üçtərəfli sazişin Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinə nəzarətin Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən həyata keçirildiyini qeyd edərək əlavə edib ki, bu, Ermənistan-Rusiya ikitərəfli məsələsidir, üçtərəfli gündəm mövzusu deyil:

"Hesab etmirəm ki, biz üçtərəfli gündəmdə belə bir məsələni müzakirə etməliyik. Nə olacaq və necə olacaq, ayrı məsələdir", - Qriqoryan bildirib.  

 

Xəbər lenti