“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
“Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, - XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.