Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi dəstəklənməli və sülhə nail olmaq üçün səylər göstərilməlidir
Xezerxeber.az xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.
"Perspektivlər həmişə var və siz həmişə buna can atmalısınız. Bu günə qədər uğurlu alınıb. O qeyd edib ki, bugünkü görüşdə Ermənistanın sərhəd idarəsi də iştirak edib. Ümid edirəm ki, Ermənistanda keçiriləcək görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək", - o əlavə edib.