Xəzər Xəbər

Azərbaycan sərhədlərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir PREZİDENTİN KÖMƏKÇİSİ

Gündəm | 14:15 • 8 İyun 2023
Azərbaycan sərhədlərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir

Sərhədlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Hazırda sərhəd xidmətinin təşkilində yeniliklər tətbiq edilməkdədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, sərhəd xidmətinin təşkil edilməsi, real çağırışlar əsasında təhlükəsizliyin təminatı böyük işlər tələb edir və MDB ölkələrinin müvafiq qurumları bu vəzifənin öhdəsindən uğurla gəlir.

Xəbər lenti

Çox oxunanlar