Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir bu kimi halların Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini vurğulayıb. “Onlara dərhal adekvat cavablar verilir. Azərbaycan tərəfi öz gündəliyinə sadiqdir və təbii ki, bu və digər tərəflərin addımlarından asılı olmayaraq, Azərbaycanın dövlət maraqlarına cavab verən formada, beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən formada öz siyasətimizi davam etdirəcəyik”.