Xəzər Xəbər

Ceyhun Bayramov Hakan Fidanı təbrik edib

Gündəm | 10:37 • 4 İyun 2023
Ceyhun Bayramov Hakan Fidanı təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin yeni təyin olunan xarici işlər naziri Hakan Fidanı təbrik edib.

Xezerxeber.az xəbər verir ki, Ceyhun Bayramov bu haqda öz tviter hesabında paylaşım edib.

"Azərbaycan - Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bundan öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu idi.

Xəbər lenti