Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyada səfərdədir.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Pərviz Şahbazov iyunun 4-də Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək. İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.