Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.
Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə edəcəklər.