Qəzalı evlərin bərpası ilə bağlı xüsusi proqram hazırlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Sumqayıtdakı yataqxanaların istismar müddəti ilə bağlı danışan Samir Şərifov bildirib ki, Prezidentin tapşırığı əsasında qəzalı vəziyyətdə binalarla bağlı yeni proqram hazırlanıb:
“Qəzalı evlərlə Baş nazirin rəhbərliyi ilə müşavirə keçirilib. Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq”.