Xəzər Xəbər

Nazirlik xaricdə təhsil alan daha 102 nəfərin diplomunu tanımadı AÇIQLAMA

Gündəm | 16:55 • 1 İyun 2023
Nazirlik xaricdə təhsil alan daha 102 nəfərin diplomunu tanımadı

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Xezerxeber.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 328, Rusiya Federasiyasından 151, Türkiyə Respublikasından 109, Gürcüstandan 54, Belarusdan 30, digər ölkələrdən isə 62 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 95, iqtisadiyyat üzrə 80, hüquqşünaslıq üzrə 69, menecment üzrə 44, bizensin idarə edilməsi üzrə 40 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

Xəbər lenti

Çox oxunanlar