Ukrayna Prezidenti Volodimir Zelenski Moldovaya səfər edib.
Xezerxeber.az xəbər verir ki, Ukrayna lideri Kişineuda keçirilən Avropa Siyasi İcmasının görüşündə iştirak edəcək.
Qeyd edək ki, bu gün keçiriləcək “Avropa siyasi birliyi”nin sammitinin əsas mövzuları enerji, təhlükəsizlik və hibrid təhdidlərlə mübarizə olacaq.